BMT-nin baş katibi BMT-nin baş katibi Antonio Quterreş Myanma hökumətini ölkədə hərbi əməliyyatlara və rohinca müsəlmanlarına qarşı zorakılığa son qoymağa çağırıb.

AZƏRTAC Anadolu Agentliyinə istinadla bildirir ki, baş katib müsəlmanlara qarşı baş verənləri qəbuledilməz adlandırıb. Əlavə edib ki, mövcud vəziyyət regionu böhrana aparır. O, eyni zamanda qaçqınlara təcili humanitar yardım göstərməyə çağırıb.