Britaniyalı nazir: “Beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində Azərbaycan lider mövqe nümayiş etdirir”

“Hesab edirəm ki, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində Azərbaycanın çox aydın mövqeyi var və lider mövqe nümayiş etdirir”. “Report” xəbər verir ki, bunu jurnalistlərə Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan deyib.

A.Dunkan deyib ki, Azərbaycandan sonra Ukraynaya səfər edəcək:

“Azərbaycandan sonra Ukraynaya da səfər edəcəm və orada verəcəyim bəyanat bundan ibarət olacaq ki, beynəlxalq münasibətlərdə qanunun aliliyi təmin olunmalıdır. Bu o deməkdir ki, hər bir ölkənin suverenliyinə hörmət olunmalıdır və eyni zamanda da qonşu ölkələr digər ölkələri işğal etməməlidirlər. Onların suverenliyinə hörmətlə yanaşmalıdırlar”.