Britaniyalı nazir “Qarabağ”a “Çelsi”ni 7-0 məğlub etməyi arzulayıb

Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan “Çelsi-Qarabağ” futbol oyununa münasibət bildirib.

Astarainfo.az APA-nın xəbərinə görə, nazir futbol üzrə bilici olmasa da, nəticə ilə artıq tanış olduğunu deyib.

Nazir Azərbaycan komandasına “Çelsi”ni Bakıda  7-0 hesabı ilə məğlubiyyətə uğratmağı arzulayıb: “Düşünürəm ki, Azərbaycan futbolunun keyfiyyəti yüksəlir. Baxmayaraq ki, “Çelsi-Qarabağ” oyununda komandanız məğlub oldu,  təcrübəni nəzərə alsaq, bu, pis nəticə deyil, Nəticə getdikcə yaxşılaşacaq”.

O, Britaniyada Tofiq Bəhramovun hörmətlə yad edildiyini bildirib: “Onun adı Britaniyanın futbol tarixinə yazılıb”.