ÇL-də həftənin ən yaxşısı adına namizədlər

Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Astarainfo.az Qol.az-a istinadən yaydığı xəbərə görə, namizədlər arasında  Kriştiano Ronaldo (“Real”), Harri Keyn (“Tottenhem”), Məhəmməd Salah (“Liverpul”), Tayson (“Şaxtyor” Donetsk), Lionel Messi (“Barselona”), Neymar (PSJ), Romelu Lukaku (“Mançester Yunayted”), Xames Rodriqes (“Bavariya”) yer alıb.

Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.