Dünyanın ən yaşlı pandası Bası öldü

Dünyanın ən yaşlı pandası Çində yaşayan Bası ölüb. Trend-in məlumatına görə, bu barədə pandanın saxlanıldığı Fçjou tədqiqat mərkəzindən xəbər verilib.

Onun Sıçuan vilayətində 1980-ci ildə doğulduğu bildirilir.

37 yaşlı pandanın insan ömrü ilə müqayisədə 100 yaşadığı qeyd olunub.