Ev təmizləyərkən BUNLARA DİQQƏT EDİN

Ev təmizliyi qadınların ən çox maraqlandığı məsələlərdən biridir. Bəs haranı, necə təmizləmək lazımdır? Astarainfo.az ailem.az-a istinadən bununla bağlı sizə lazımlı məsləhətlər verir.

Yataq otağı üçün təmizlik məsləhətləri

– Yataq dəsti paltarlarınızdan ayrı yuyulmalıdır.

– Evdə kiçik uşaq və ya da ev heyvan varsa, yerləri həftədə 3 gün silmək lazımdır.

– Mebellərinizi təmizləmək üçün mikrofiber çitlərdən istifadə edin. Bu vasitə mebelinizdə cızıq yaranmasının qarşısını alar.

Vanna otağının təmizliyi

– Vanna otağı dolabçalarını və kafelləri yuyucu vasitə ilə təmizləyin

– Diş fırçalarınızı açıqda saxlamaq əvəzinə diş fırçası qabı istifadə edin

Mətbəx təmizliyi

– Evdə jaluzi istifadə edirsinizsə, ayda 1 dəfə təmizləməyiniz kifayətdir

– Sobanı təmizləməzdən 20 dəqiqə əvvəl isidin

– Mikrodalğalı sobanın təmizliyi üçün sodadan istifadə edin

Pərdə və xalça təmizliyi

– Pərdələri mütəmadi təmizləməyə ehtiyac yoxdur. İldə bir dəfə parça növünə görə paltaryuyan maşında yumağınız kifayətdir

– Xalçadakı çirki təmizləmək üçün xüsusi təmizləyicilərdən istifadə edin.

– Evdə heyvan saxlayırsınızsa, 6 ayda bir dərin təmizlik etməyi unutmayın

– Pəncərələrinizi günəşli bir gündə silməyin. Çünki gündə şüşəyə vurduğunuz təmizləmə şampunları çox sürətlə quruyur və ləkə buraxır.