Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı mikroavtobus ilə “KamAZ” markalı yük avtomobili toqquşub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq “Mercedes” markalı mikroavtobusda sıxılmış vəziyyətdə qalmış sərnişinin cəsədini çıxarıblar.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.