Polşanın Legionovo şəhərində polis yük qatarını qaçıran şəxsi saxlayıb.
Astarainfo.az Trend-ə istinadən məlumatına görə, səhər saatlarında 35 yaşlı şəxs yük qatarının maşinist kabinəsinə daxil olaraq maşinistə hədə-qorxu gəlib və yola düşməyi tapşırıb.
Qısa müddətdən sonra polis həmin şəxsi saxlayıb.
Polis hadisə zamanı qatarda maşinistdən başqa heç kimin olmadığını və onun xəsarət almadığnı bildirib.