Prezident İlham Əliyev Statoil şirkətinin icraçı vitse-prezidentini qəbul edib – YENİLƏNİB

Azərbaycan prezidenti İlham Əliyev Statoil şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə yeni Sazişin imzalanmasının əhəmiyyəti qeyd edilib, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Statoil şirkəti arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulandı və bu əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

*** 15.23

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 14-də Statoil şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxeri qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.