Samuxda 31 yaşlı qadını elektrik cərəyanı vurub

Samux rayonunun Qarabağlılar kəndində 31 yaşlı qadını elektrik cərəyanı vurub.

Astarainfo.az”Report”un Qərb bürosuna istinadən məlumatına görə, 1986-cı il təvəllüdlü Sürəyya Kamaləddin qızı Nağıyeva həyətyanı sahədə su motorunu işə saldığı zaman onu elektrik cərəyanı vurub. Qadın ağır vəziyyətdə əvvəlcə Samux Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.