Tacikistanda Xoroq şəhər aeroportunun rəisi ölkə prezidenti Emoməli Rahmonu müşayitə edən təyyarəni yola salarkən qəza nəticəsində ölüb. Trend-in məlumatına görə, bu barədə Tacikistan DİN mətbuat xidməti xəbər yayıb.
Məlumata görə, aeroport rəisi vilayətin digər məmurları ilə birlikdə Tacikistan prezdientini vilayətə gəlişi və yola salınamsı zamanı müşayiət edirmiş.
Xəbərdə deyilir ki, prezident olan təyyarə havaya qalxarkən aeroport rəisi təyyarəyə yaxın yerdə durub. Bu səbəbdən təyyarənin mühərrikinin yaratdığı güclü havanın təsirindən yıxılıb və baş daşa dəyib.
DİN-in yaydığı məlumatda deyilir ki, o, daşa dəyərkən aldığı ağır yaralardan xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.