Avstraliyanın Baş naziri Çini Şimali Koreyaya qarşı sanksiyaları kəskinləşdirməyə çağırıb

Avstraliyanın Baş naziri Malkolm Ternbul Şimali Koreyanın son ballistik raket sınağını pisləyərək bunu “düşüncəsiz və təhlükəli addım” adlandırıb.

Sentyabrın 15-də mətbuat konfransında çıxış edən M.Ternbul beynəlxalq ictimaiyyətin Şimali Koreyaya qarşı iqtisadi təzyiqləri artırmasının zəruriliyini vurğulayıb.

Baş nazir deyib ki, Çin Şimali Koreya üzərində ən böyük iqtisadi təsir imkanlarına malikdir. Pekin Şimali Koreyaya qarşı sanksiyaları bu ölkə siyasi xəttini dəyişdirənədək davam etdirməli və kəskinləşdirməlidir.