Dünya Bankı Qrupu Azərbaycanda yeni layihəyə start verir

Dünya Bankı Qrupu Azərbaycanda maliyyə inklüzivliyinin gücləndirilməsinə yardım məqsədilə yeni məşvərətçi layihəyə start verir.

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumata görə, “Elektron və Rəqəmsal Maliyyə Xidmətləri Layihəsi” fərdi şəxslər və kiçik sahibkarlar üçün maliyyə xidmətlərindən istifadəni asanlaşdırmaqla maliyyə sistemində maliyyə inklüzivliyinin təkmilləşdirilməsinə səbəb olacaq.

Layihəni Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) həyata keçirəcək və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) maliyyələşdirəcək.