Astarainfo.az Lenkaranxeber.info-ya istinadən xəbər verir ki, Yeni tədris ili və Bilik günü ölkənin hər yerində olduğu kimi Lənkəran Dövlət Universitetində də əlamətdar bayram kimi qeyd olunub.

Bu münasibətlə LDU-nun 2-ci tədris korpusunda düzənlənən tədbirə universitet rəsmiləri,professor-müəllim-tələbə heyəti və valideynlər qatılıb.

Mərasimi LDU-nun professoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb.Universitet rəsmisi yeni tədris ilinin başlanması və Bilik günü münasibəti ilə proffessor-müəllim-tələbə  heyətini,valideynləri təbrik edərək Azərbaycan təhsilinin inkişafı naminə uğurlar arzu edib.Bu il LDU-ya qəbul  olan tələbələrə seçimlərində yanılmadıqlarını deyən rektor keyfiyyətli təhsil almaları və bacarıqlı mütəxəssis kimi yetişmələri üçün universitetdə  hər cür şəraitin yaradıldığını və bu istiqamətdə işlərin davam etdirildiyini bildirib.Professor Natiq İbrahimov respublika təhsil nazirliyinin qərarı ilə 2017-2018-ci tədris ilinin “Umumi təhsildə keyfiyyət ili”elan olunduğunu  və bu qərarın təhsil müəssisələrinin qarşısına mühüm və həlli vacib vəzifələr qoyduğunu xüsusi diqqətə çatdırıb.

Övladları bu il LDU-ya  qəbul olan valideynlərin təbrikini Biləsuvar rayonundan olan Rizvan Seyfullayev ifadə edib.İxtisasca müəllim olan R.Seyfullayev LDU-ya yeni daxil olan tələbələri,onların valideynlərini,universitetin professor-müəllim heyətini Bilk günü və yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edərək çətin və şərəfli peşələrində uğurlar arzu edib,tələbələrə hər anın qədrini bilməyi,elmin sirrlərinə səbrlə yiyələnərək kamil mütəxəssis kimi yetişmələrini tövsiyə edib.

Bu il LDU-ya yüksək balla qəbul olunan tələbələrin (bakalavriat və magistr)  bir qrupuna tələbə

biletləri ilə yanaşı  universitet rəhbərliyi tərəfindən qiymətli hədiyyələr təqdim olunub.Magistraturaya qəbulda ən yaxşı -109 ballıq nəticə göstərən Nərgiz  Cəfərzadə  çıxış edərək tədbirin  bütün iştirakçılarını Bilik günü münasibəti ilə təbrik edib,onlara bəslənilən inam və etimadı təhsil uğurları ilə doğruldacaqlarını bildirib.

Açılış mərasimindən sonra auditoriyalarda ilk dərslərə start verilib.

Astarainfo.az