London metrosunda PARTLAYIŞ – SON DƏQİQƏ

İngiltərənin paytaxtı Londonda metroda partlayış baş verib.

Publika.az xəbər verir ki, bu haqda “The Sun” qəzeti yazıb.

Hadisə yerindən gələn ilk məlumatlara görə, çoxlu sayda yaralı var. Partlayış “Parsons Green” stansiyasında baş verib.

Hadisənin terror hücumu olub-olmadığı məlum deyil.

“The Sun”un yazdığına görə, bəzi sərnişinlər yanıq xəsarətləri alıblar. Həlak olanlıar haqqında məlumat yoxdur. Fövqəladə hadisə yerində həkimlər və polislər işləyirlər.

Şahidlərin sözlərinə görə, vaqonda qapının yanında olan paket partlayıb.

Stansiyada partlayışdan sonra təlaş yaranıb. İnsanlar qışqıraraq metrodan qaçmağa başlayıblar. Qatarların hərəkəti dayandırılıb.

Ömər