Marselonun cəzası azaldıldı

İspaniya Futbol Federasiyasının Apellyasiya Komitəsi “Real”ın müdafiəçisi Marselonun cəzası azaldıb.

Astarainfo.az Qol.az-a istinadən yaydığı xəbərə görə, La Liqada “Levante” ilə matçda (1:1) rəqibini vurduğu üçün birbaşa qırmızı vərəqə alan braziliyalı futbolçunun 2 oyunluq cəzası 1 matça endirilib.

Beləliklə, Marselo təkcə “Real Sosyedad”la görüşü buraxacaq.