Pentaqon: ABŞ özünü və müttəfiqlərini qorumaq üçün hazırdır

Amerikalı hərbçilər hesab edirlər ki, Şimali Koreya orta mənzilli ballistik raket buraxılışını həyata keçirib.

Trend-in verdiyi məlumata görə, bu haqda Pentaqon xəbər verir.

Məlumatda deyilir: “ABŞ KXDR-in hərəkətlərini diqqətlə izləməyə davam edirik”. Həmçinin qeyd olunur ki, ABŞ özünü və müttəfiqlərini təxribatlardan qorumaq üçün hazırdır.