Prezident İlham Əliyev Bakıdakı 20 nömrəli məktəb-liseyin yeni binasının açılışında iştirak edib

Sentyabrın 15-də – Bilik günündə Bakının Yasamal rayonundakı 20 nömrəli məktəb-lisey üçün yeni inşa edilmiş binanın açılışı olub.

Astarainfo.az “Report”-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlət başçısı məktəb-liseyin binasının rəmzi açılışını bildirən lenti kəsib.