Türkiyənin Rusiyadan “S-400” raketləri alması məsələsinin gündəmə gəlməsindən sonra NATO ard-arda açıqlamalar verir. Rusiya sistemilə NATO sisteminin uyğun olmadığını dəfələrlə vurğulayan NATO məsələnin “niyə”sini heç düşünmür.

Türkiyə NATO-ya zidd olmasına baxmayaraq, niyə Rusiyadan müdafiə sistemi alır?

Türkiyə mediası səbəbin NATO üzvü olan ölkələrin PUA satışını azlatmaları olduğunu yazsa da, yapon şərhçilər bunun başqa səbəbdən olduğunu deyir. A24.Az yapon şərhçilərin rəylərini diqqətinizə çatdırır:

1.Türkiyə ABŞ-a güvənmir.

ABŞ Türkiyənin terror təşkilatı adlandırdığı Suriyadakı Kürd silahlı təşkilatına İŞİD-lə  (DEAŞ) mübarizə aparmaq üçün Türkiyənin təkidlə etiraz etməsinə baxmayaraq, silah yardımı edir.

2. Türkiyə NATO üzvü ölkələrinin silah satışını azaltmasından ciddi şəkildə narahatdır və buna görə də son illərdə silah istehsalını artırır.