Fransanın Robeks şəhərində yaşayan 14 yaşlı Samanta adlı qız siçanların hücumuna məruz qalıb.

Publika.az xəbər verir ki, beldən aşağı hissəsi iflic olan Samanta yatdığı zaman gəmiricilər ona hücum çəkib.

Siçanlar onun barmaqlarını tamamilə yararsız hala salıb, üzündə 45, əllərində 150, ayaqlarında 30 yara açıb.

Samantanın atası onu səhər saatlarında qan içində tapıb. Ata hadisədə ev sahibi günahlandırıb və onu məhkəməyə verib.

Polis araşdırmalar nəticəsində siçanların evə bitişik olan qarajdakı zibillikdən gəldiyini təsbit edib,

Qeyd edək ki, siçanların insanlara hücum etməsi nadir bir haldır. Lakin qida tapmayan gəmiricilər həyatda qalmaq üçün hər şey yeyə bilirlər.