Türkiyənin hərbi təyyarələrinin növbəti qrupu Azərbaycana gətirilib – VİDEO

“TurAz Qartalı – 2017” birgə təlimlərində iştirak etmək üçün Türkiyə hərbi aviasiyasının növbəti qrupu Azərbaycana gəlib.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin M

ətbuat xidmətindən məlumat verilib.

Sentyabrın 18-dən 30-dək ölkəmizdə keçiriləcək təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri və Mi-35, Mi-17, Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.
Aviasiya vasitələrinin gəlişi davam edir.

Video Player