Yüz əlli sürücü Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində təlimdən keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov məlumat verib.
O bildirib ki, avtobuslarda sürücü-sərnişin münasibətlərinə və digər hallara nəzarət etmək üçün kameralar quraşdırılır. Təlimdən keçən sürücülər öz peşələri ilə bağlı biliklərə yiyələniblər. Yaxın günlərdə həmin onlara sertifikatlar təqdim olunacaq.