“Harvi” və “İrma” qasırğalarından sonra ABŞ-ı yeni qasırğa kabusu gözləyir.
Astarainfo.az Publika.az-a istinadən xəbər verir ki, “Jose” adlı qasırğa ABŞ-ın şərq sahilləri üçün təhlükə yaradacaq.
Bu qasırğanın Konnektikut, Nyu-York, Nyu-Cersi sahillərində daha təsirli olması gözlənilir.
ABŞ-ın Texas və Florida şatatlarında 250 milyard dollarlıq zərərə səbəb olan Harvi və Iİrmadan sonra yeni qasırğanın bəzi əyalətlərdə daha çox təsir edəcəyi ilə bağlı açıqlama yayılıb.
Beynəlxalq Hava Proqnozu Bürosu yeni qasırğanın 1 həftə ərzində Nyu-Cersi və Long İsland sahillərində təsirli olacağını gözlədiklərini açıqlayıb.