Abşeronda tüfəngdən atəş açan şəxsin silahı müsadirə olunub

Abşeronda tüfəngdən atəş açan şəxsin silahı müsadirə olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, evinin eyvanında tüfəngdən havaya atəş açdığına görə  Abşeron rayonunun Masazır qəsəbəsində yaşayan Xəyyam Baxşəliyevdən sənədləri olan “Girsam” markalı ov tüfəngi götürülüb.