Planetin ən yaşlı sakini dünyasını dəyişib.
Astarainfo.az”Ölkə.Az”-a istinadən xəbər verir ki, 117 yaşlı Vayolet Moss Braun Yamaykada vəfat edib. Bu barədə Yamaykanın baş naziri Endrü Holness Tvitter səhifəsində məlumat verib.
Vayolet 1900-cu ilin 10 mart tarixində Yamaykanın Treloni dairəsində anadan olub. İtaliyada dünyanın ən yaşlı sakini Emma Morano vəfat etdikdən sonra Vayolet planetin ən yaşlı sakini hesab edilirdi. Emma XIX əsrdə dünyaya gələn və hələ də yaşayan sonuncu insan idi.
Moss Braunun 4 övladı olub. İlk oğlu Harold Ferveder aprel ayında, 97 yaşında dünyasını dəyişib. Vayoletin anası da uzunömürlü olub. Qadın 96 il ömür sürüb.