İlin sonunadək Ukraynada Azərbaycanın Ticarət Evinin açılması planlaşdırılır

Bu ilin sonunadək Ukraynada Azərbaycanın Ticarət Evinin açılması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazir qeyd edib ki, Ukraynada Azərbaycan Ticarət Evinin açılması qeyri-neft məhsullarının bu ölkəyə ixracının artmasında əhəmiyyətli rol oynayacaq.