“Bavariya”nın hücumçusu Robert Levandovski 2018-ci ilin yayında “Real”a keçmək istəyir.
Astarainfo.az Qol.az-a istinadən yaydığı xəbərə görə, o, bununla bağlı niyyətini şəxsi agentlərinə bildirib. Polşalı hücumçu onları Madrid klubunu bu transferə razı salmaq üçün fəal olmağa çağırıb.
Qeyd edək ki, “Real” yaşı 30-dan çox olan hücumçu almayacağını açıqlayıb. Levandovskinin isə 30 yaşı ötən ay tamam olub.
Onun “Bavariya” ilə müqaviləsi 2021-ci ildə başa çatır.
Klubun prezidenti Uli Heness bu məlumata münasibətini açıqlayarkən qısaca olaraq deyib: “Bu gün axı 1 aprel deyil”.