Poroşenko-Tramp görüşündə Donbas məsələsi müzakirə olunacaq

Ukrayna prezidenti Pyotr Poroşenko amerikalı həmkarı Donald Trampla Donbas məsələsini müzakirə edəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Ukrayna xarici işlər naziri Pavel Klimkin deyib. 

O bildirib ki, görüşdə həmçinin təhlükəsizlik sahəsində əməkdaşlıq, ABŞ-ın islahatlar məsələsində Ukraynaya yardımı və digər mövzulara diqqət yetiriləcək.

Klimkinin sözlərinə görə, Poroşenkonun ABŞ-a səfəri çərçivəsində 20-dək görüş nəzərdə tutulur.