Şəmkirdə qadın öz həyat yoldaşını bıçaqladı

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Kənd sakini, 1976-cı il təvəllüdlü Hüseynov İntizam Ehtiram oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. Bud nahiyəsindən xəsarət alan yaralı Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.