Almaniyada restoran atəşə tutulub, 2 nəfər ölüb

Ötən gecə yerli vaxtda saat 22.30 radələrində Almaniyanın Traunroyt şəhərində restoranda atışma olub.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, silahlı şəxs restorana gəlib, atəş açmağa başlayıb.

Nəticədə 2 kişi ölüb, 2 qadın ağır yaralanıb. Polis cinayətkarı restoran yaxınlığında saxlayıb.

Faktla bağlı araşdırma aparılır.