Antalyada turist avtobusu qəzaya uğrayıb, ölənlər və yaralananlar var – FOTO

Türkiyədə turistlərin olduğu avtobus qəzaya uğrayıb.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə,  Antalyadan Adrasana gedən avtobus Təkkə dərəsində 25 metrdən uçuruma düşüb.

Nəticədə 2 nəfər ölüb, 29 nəfər yaralanıb. İlkin məlumata görə, qəzada ölən və yaralananlar Türkiyə vətəndaşlarıdır.