“Bakıda ağır meydanda oynamaq bizə çətin olacaq”

“Roma”nın futbolçusu Alessandro Florentsi “Qarabağ”la Bakıda keçirəcəkləri Çempionlar Liqasının II tur matçını dəyərləndirib.

Astarainfo.az Qol.az-a istinadən yaydığı məlumata görə, 26 yaşlı yarımmüdafiəçi deyib: “Ağır meydanda oynamaq bizə çətin olacaq”. Florentsi öz oyun keyfiyyətlərini ortaya qoymalı olduqlarını söyləyib: “Çünki bizim üstünlüklərimiz daha çoxdur”.

İtaliyalı oyunçu ötən gün “Roma”nın “Verona”nı 3:0 hesabı ilə yendiyi IV tur matçında ikinci qolun ötürməsini verib. O, 90 dəqiqə ərzində gözəl oyunu ilə yadda qalıb.

Qeyd edək ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Roma” matçı saat 20:00-da başlanacaq.