Liviyanın sahil təhlükəsizliyi qüvvələri Aralıq dənizində 1047 immiqrantı xilas ediblər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, immiqrantlar əsasən Liviyanın qərbindəki Sabrata şəhəri ərazisində aşkarlanıblar.
Onların fərqli ölkə vətəndaşı olduqları və aralarında qadın və uşaqların çoxluğu bildirilib.