“Qarabağ” komandasının ÇL-dəki rəqibi ölkə çempionatında xal itirib – VİDEO

“Qarabağ” komandasının futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Çelsi” komandası ölkə çempionatında növbəti görüşünü keçirib.

“Report”un məlumatına görə, “Çelsi” Premyer Liqada ev oyununda “Arsenal”ı qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb: 0:0.

Beş oyundan sonra aktivində 10 xal olan “Çelsi” turnir cədvəlində üçüncü yerdədir.