Rafael Ağayev beynəlxalq karate turnirində ikiqat qalib oldu

Dəfələrlə dünya və Avropa çempionu olan idmançımız Rafael Ağayev növbəti qələbələrini qazanıb.

Astarainfo.az Baku.ws-yə istinadən xəbər verir ki, R.Ağayev bildirib ki, İsveçrənin Bazel şəhərində 8-ci “Basel Open Masters” beynəlxalq karate turnirində iştirak edib. O həm 75 kiloqram çəkidə, həm də bütün çəkilər üzrə ilk üçlüyü tutan idmançılar arasında keçirilən yarışda birinciliyə yiyələnib.

Qeyd edək ki, Rafael Ağayev 5 dəfə dünya, 13 dəfə Avropa çempionu olub, “Bakı-2015” Avropa Oyunlarının və “Bakı-2017” 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibidir.