Egey dənizində Türkiyə sahilərində 4,4 bal gücündə zəlzələ baş verib.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların ocağı 7 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.