Nigeriyada PARTLAYIŞ – 15 ölü, 40 yaralı

Nigeriyanın şimal-şərqindəki Borno ştatında törədilmiş partlayış nəticəsində azı 15 nəfər həlak olub, 40-dan çox adam yaralanıb.

Trend-in məlumatına görə, partlayış iki kamikadzenin özünü partlatması ilə baş verib.

Məlumata görə, hadisə məcburi köçkünlərin məskunlaşdığı düşərglərin birində baş verib.

Həmin hadisədən dərhal sonra isə digər partlayışın baş verməsi barədə xəbər yayılıb. Xoşbəxtlikdən bu hadisə nəticəsində xəsarət alan olmayıb.