Sankt-Peterburqda qatı duman hava limanına təsir etdi

Sankt-Peterburqda qatı dumanla əlaqədar Pulkovo hava limanında bir neçə təyyarə digər aerodromlara göndərilib.

Astarainfo.az Trend-ə istinadən məlumatına görə, ümumilikdə 9 təyyarə ehtiyat aerodromlara yönləndirilib.

Bu uçuşların təxirə salınacağı və ya yubanacağı istisna olunmur.