Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.
ANAMA-dan APA-ya daxil olan məlumata əsasən, sentyabrın 17-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 92 ədəd partlamamış hərbi sursat (PHS), 33 ədəd partlamış-yanmış mərmi qalıqları və 660 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 57 500 kv.m (5.75 ha) ərazi yoxlanılıb.
Məlumata görə, 22 gün ərzində 6 222 ədəd partlamamış hərbi sursat (PHS), 3 518 ədəd partlamış-yanmış sursat qalıqları və 8 535 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 36 162 738 kv.m (3 616.27 ha) ərazi yoxlanılıb.