ABŞ Senatından yeni qərar — “Ukraynanın müdafiəsinə 500 milyon dollar”

ABŞ Senatı Pentaqonun əlavə maliyyələşdirilməsi barədə qərarı təsdiqləyib.

“Ölkə.Az” xəbər verir ki, Ukraynanın müdafiəsi üçün 500 milyon dollar ayrılması barədə qanunu Senat qəbul edib. Bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko “Facebook” səhifəsində yazıb.

Ukrayna lideri yazıb: “ABŞ Senatı “ABŞ-ın 2018-ci il üçün müdafiə büdcəsi barədə” qanun layihəsini təsdiqlədi. Qanun layihəsinə əsasən Ukraynaya təhlükəsizlik və müdafiə sahəsinə 500 milyon dollar ayrılacaq”.

Poroşenko əlavə edib ki, qanun layihəsi Kiyevə uçan aparatların təhvil verilməsinə və yaralı hərbçilərin ABŞ-da müalicə olunmasına imkan yaradır. Pentaqon Ukraynaya hava hücumundan müdafiə üçün radiolokasiya qurğuları və digər texnika verəcək.