Millimizin futbolçusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” Kipr çempionatında növbəti oyununa çıxıb.
Astarainfo.az Qol.az-a istinadən məlumatına görə, komanda 4-cü turda səfərdə APOEL-lə qarşılaşıb. Matç
“Anortosis”in minimal hesablı qələbəsi ilə başa çatıb.
APOEL – “Anortosis” – 0:1
Qol: Joao Viktor, 30
Matça əsas heyətdə başlayan Araz 78-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 4 turdan sonra “Anortosis” 10 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb