Astarada Milli Musiqi günü təntənə ilə qeyd olunub

Astarainfo.az xəbər verir ki,  Astarada Milli  Musiqi günü təntənə ilə qeyd olunub

18 sentyabr  Üzeyir Musiqi günüdür. Bu möhtəbər  gün  1995-ci ildən ümummilli lider Heydər Əliyev  tərəfindən  “Üzeyir musiqi günü” kimi rəsmiləşdirilib.  Bu gün  Azərbaycan musiqisi əsl  çiçələnmə dövrünü yaşayır.  Ölkəmizdə davamlı  olaraq  keçirilən beynəlxalq musiqi festivalları, müxtəlif  müsabiqələr  bütövlükdə, Azərbaycan  mədəniyyətinin, Azərbaycan musiqisinin daha geniş  miqyasda  təbliğinə xidmət edir. 

Dünya musiqi xəzinəsinə  parlaq incilər bəxş  edən Üzeyir  Hacıbəyov  Azərbaycanda  peşəkar  musiqinin  banisi,  bəstəkarlıq  məktəbinin , musiqili  komediya  janrının yaradıcısıdır. Şərqdə  operanın , operettanın  əsasını  qoyan,  dövlət xorunu,  simfonik orkestri  yaradan, dünya musiqi xəzinəsini ölümsüz  əsərləri ilə zənginləşdirən- Üzeyir Hacıbəyov  böyük yumora, hazırcavablığa malik  bir insan olmuşdur.  Gülüş  onun yaradıcılığının  ən  mühüm  xüsusiyyətlərindən olmuşdur.

Ədibin “ O olmasın, bu olsun”, “Arşın mal alan”  komedyalarının, felyeton, satirik  hekayələrinin  mayası  şən gülüşlə doğrulmuşdur. Ü. Hacıbəyovun taleyində ən möhtəşəm  səhifələrdən biri də odur ki, bəstəkar  Azərbaycan dövlət  himninin  musiqisinin  müəlifidir.   Bu gün  Azərbaycan bayrağı  məhz həmin sədaları  altında  dünyanın ən mötəbər  salonlarında  ucalır, səhərlərimiz , həmçinin bütün  tədbirlərimiz   bu himnin sədaları  ilə başlayır. Üzeyir musiqisinin bənzərsizliyindən və ölümsüzlüyündən , xalqın , dövlətin  qədirbilənliyindəndir ki, hər il sentyabrın 18-də  Üzeyir Musiqi günləri  böyük təntənə ilə qeyd edilir.

Həmin gün ölkəmizin hər yerində  olduğu kimi  bu münasibətlə  Astara Uşaq Musiqi Məktəbində də  “Üzeyir Musiqi Gününə”  həsr olunmuş  tədbir  keçirilib .

Tədbirdə Astara Uşaq Musiqi Məktəbinin direktoru Çingiz Eyvazov,  icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər  şöbəsinin baş mələhətçisi   Mirzə Bayramov ,“Astara”  qəzetinin baş redaktoru  Fəridə Söhrabqızı,  Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin Astara rayonu üzrə baş məsləhətçisi  Şadoğlan Bayramov,  musiqi məktəbinin müəllim və şagird kollektivi  iştirak etmişlər.

Tədbirdə çıxış edən məktəbin direktoru   ölməz əsərlər müəllifi olan Üzeyir Hacıbəyov irsinin qorunmasını vacib sayaraq bundan sonra da gələcək nəsillərin  dahi bəstəkarın ruhunu həmişə yad edəcəklərini və onun əsərlərini yaşadacaqlarını bildirib.

Sonda çıxış edən   “ Astara” qəzetinin baş redaktoru Fəridə Söhrabqızı  qeyd etmişdir ki, Üzeyir Hacıbəylinin musiqisi nəinki Azərbaycanda, hətta bütün dünyada səslənir, zəngin Azərbaycan mədəniyyətini təmsil edir. Milli musiqimiz, incəsənətimiz var olduqca, böyük Üzeyir Hacıbəylinin xatirəsi də hər zaman yaşayacaq”.

Tədbirin bədii hissəsində     Ü.Hacıbəyovun “Leyli və Məcnun” və “Koruğlu”operasından,  “Arşın mal alan” müsiqli komediyasından və dahi bəstəkarların  əsərlərindən ifalar səslənib.Tədbir konsert proqramı ilə davam edib.

Astarainfo.az