Azərbaycanda tələbə universitetin həyətində bıçaqlanıb

Azərbaycanda tələbə universitetin həyətində bıçaqlanıb.

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran Dövlət Universitetinin (LDU) həyətində baş verib.

Belə ki, universitetin 3-cü kurs tələbəsi Zəka Həmidov tələbə yoldaşı tərəfindən bıçaqlanıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan “Report”un yerli bürosuna bildirilib ki, yaralı çoxlu qan itirib və vəziyyəti ağırdır.