“Azericard” prosessinq mərkəzi tender keçirir

“Azericard” MMC IBM avadanlıqlarının və sistem proqram təminatı üçün uzadılmış zəmanət dəstəyinin satın alınması məqsədi ilə açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 300 manatdır.

İddiaçılar ilkin sənədləri oktyabrın 18-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 26-na qədər prosessinq mərkəzinin Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 54 ünvanında yerləşən ofisinə təqdim etməlidirlər.

Təkliflərə oktyabrın 27-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.

Xatırladaq ki, “Azericard” 1996-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 500 min manatdır. Prosessinq mərkəzinin təsisçisi 100% “Azərbaycan Beynəlxalq Bankı” ASC-dir.