Beynəlxalq Bank özəlləşdirilir

Maliyyə Nazirliyi Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi strategiyasının hazırlanmasını planlaşdırır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bu prosesə beynəlxalq nüfuza malik məsləhətçilər qatılacaq.