DB Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı layihələrə 170 milyon dollar ayırıb

Dünya Bankı əməkdaşlığa başladığı andan Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı layihələrə 170 milyon dollar vəsait ayırıb.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycan və Dünya Bankının əməkdaşlığının 25 illiyinə həsr olunmuş tədbirdə deyib.