Dünyada 613 milyon qadın anemiyadan əziyyət çəkir

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (IFAD), BMT-nin Uşaq Fondu (UNICEF), Dünya Qida Proqramı (WFP) və Dünya Sağlamlıq Təşkilatı (ÜST) tərəfindən hazırlanmış “Dünyada ərzaq təhlükəsizliyi və qidalanma vəziyyəti 2017 hesabatı”na görə, dünyada yetişkinlərin 13 faizi piylənmədən əziyyət çəkir.

AZƏRTAC xəbər verir ki, 5 yaşdan kiçik 155 milyon uşağın bəstəboy, 52 milyon uşağın son dərəcə zəif, 41 milyon uşağın isə artıqçəkili olduğu təxmin edilir.

Hesabatda yetişkinlərdə piylənmənin, qadınlarda anemiyanın ciddi problem olduğu qeyd edilir. Dünyada 641 milyon yetişkin piylənmə ilə üz-üzədir. Qadınların 33 faizi – 613 milyonu qanazlığından əziyyət çəkir.

Hesabatda, həmçinin dünyada aclıqdan əziyyət çəkən insanların sayının 815 milyon nəfər olduğu və onların 489 milyonu müharibə bölgələrində yaşadığı qeyd olunub.