“Gazelli”nin anbarındakı yanğın söndürüldü – VİDEO (YENİLƏNDİ)

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, artıq yanğın söndürülüb.

Məlumatda bildirib ki, yanğın nəticəsində xəsarət alan olmayıb.

****

“Gazelli Group”da baş verən yanğın söndürülüb.

Bunu “Gazelli Group”un İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yelena Eyvazlı deyib.

O bildirib ki, təxminən 1 saat əvvəl şirkətə məxsus anbarların birində qısaqapanma baş verib. Yanğının qarşısı tez bir zamanda alınıb: “Nəticədə insanların səhhətinə və anbarda saxlanılan məhsullara ziyan dəyməsinin qarşısı alınıb”.

Şöbə müdirinin sözlərinə görə, yanğın nəticəsində insanların xəsarət alması barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir.

***

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonu ərazisində anbarda yanğın başlayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və texnikası hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

***

Xəzər rayonun Şüvəlan qəsəbəsində “Gazelli” kosmetika zavodunda yanğın başlayıb.

Hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, yanğın nəticəsində kimyəvi maddənin kəskin qoxusu ətrafa yayılıb. Nəticədə bir neçə nəfərin vəziyyəti pisləşib.

Hadisə ilə bağlı FHN-dən faktı təsdiq edərək bildiriblər ki, yanğın söndürən maşınlar artıq hadisə yerində işləyirlər.