Mahnı Teatrı yeni mövsümi açıq elan edib

R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı yeni teatr mövsümünü açıq elan edib. Belə ki, teatr musiqiçi kollektivinin repertuarlında təqdim edilən möhtəşəm konsert proqramı ilə yenidən tamaşaçılarının görüşünə gəlib.

Bu sözləri AZƏRTAC-a teatrın direktor müavini İlqar Musayev deyib. “Teatrın tərkibində fəaliyyət göstərən xalq çalğı alətləri orkestrinin müşayiəti ilə reallaşan konsertdə respublikanın tanınmış ifaçıları tərəfindən bir-birindən parlaq xalq və bəstəkar mahnıları səsləndirilib. Bundan başqa, sentyabrın 20-də teatrda növbəti konsert olacaq. “Dan ulduzu” instrumental ansamblı maraqlı konsert proqramı ilə çıxış edəcək”,- deyə İ.Musayev söyləyib.