“Mariya” qasırğası 5-ci dərəcəyə qədər güclənib (YENİLƏNİB)

“Mariya” qasırğası Atlantik okeanında ən təhlükəli 5-ci dərəcəyə qədər güclənib.

Trend-in qasırğa xəbərdarlığı üzrə ABŞ Milli mərkəzinə istinadən verdiyi məlumata görə, qasırğanın episentrində küləyin sürəti saatda 260 klometrə qədər çatıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Vircin adalarında və Puerto Rikoda fövqəladə vəziyyət rejimi elan edib.

XXX

02:11

“Mariya” qasırğası Atlantik okeanında təhlükəli 4-cü dərəcəyə qədər güclənib.

Trend-in qasırğa xəbərdarlığı üzrə ABŞ Milli mərkəzinə istinadən verdiyi məlumata görə, qasırğanın episentrində küləyin sürəti saatda 215 klometrə qədər çatıb.

Mərkəzin məlumatına bildirir: “”Mariya” 4-cü dərəcəli təhlükəli qasırğa olub. Qasırğanın episentri bir neçə saatdan sonra Dominika rayonundan keçəcək”.